«Google» şirkəti «Motorola»nı alır

«Google» şirkəti «Motorola»nı alır
# 15 avqust 2011 16:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Google» korporasiyası «Motorola» telefonlarının istehsalçısı olan «Motorola Mobility Holdings Inc.» şirkətini 12,5 mlrd. dollara alır. «APA-Economics»in məlumatına görə, bu barədə «Bloomberg» agentliyi məlumat yayıb.

Alqı-satqı nəticəsində «Motorola Mobility»nin səhmdarları şirkətin hər səhminə görə 40 dollar alacaqlar ki, bu da səhmlərin Nyu-York Fond Birjasındakı qiymətindən 63% yüksəkdir. Hər iki şirkətin direktorlar şurası bu alqı-satqıya artıq razılıq verib. Beləliklə, «Android» əməliyyat sisteminin istehsalçısı olan «Google» bazarda fəaliyyətini genişləndirmək imkanı qazanıb.

Xatırladaq ki, «Android» əməliyyat sistemi «Motorola» və «Samsung» mobil telefonlarında istifadə edilir. Hələlik, bu bazarda əsas populyarlıq «Apple» şirkətinin «iPhone» telefonlarına məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR