İlin sonunadək Abşeron yarımadası tam həcmdə «WiMAX» şəbəkəsi ilə əhatə olunacaq

İlin sonunadək Abşeron yarımadası tam həcmdə «WiMAX» şəbəkəsi ilə əhatə olunacaq
# 26 avqust 2011 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək simsiz genişzolaqlı internet xidməti göstərən «AzQtel» şirkəti («Sazz» ticarət nişanı) Bakı və Abşeron yarımadasının bütün ərazisini «WiMAX» simsiz şəbəkəsi ilə əhatə edəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «WiMAX» simsiz şəbəkəsi ilə Bakının mərkəzi küçələrinin 60%-dən çoxu, hələlik paytaxtın ətrafı və Abşeron yarımadasının cüzi hissəsi əhatə olunub: «Abşeron yarımadasının simsiz genişzolaqlı internetə çıxışla tam təmin olunmasından sonra şəbəkənin regional səviyyədə, o cümlədən Azərbaycanın iri şəhərlərinə də genişləndirilməsi planlaşdırılır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR