«B&B TV» şirkəti: «Azercell Telekom» rəhbərliyinin bəyanatları yanlışdır və qanunvericiliyə ziddir

«B&B TV» şirkəti: «Azercell Telekom» rəhbərliyinin bəyanatları yanlışdır və qanunvericiliyə ziddir
# 03 noyabr 2011 14:44 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «B&B TV» şirkətinin direktoru xanım Səbinə Babayeva məlumat verib.

Şirkətin rəhbəri bu açıqlamanı ötən gün «Azercell» şirkətinin prezidenti Əli Ağan tərəfindən KİV-ə «B&B TV» şirkəti tərəfindən RTDK-nın cari il avqustun 27-də qəbul etdiyi 65 saylı qərarın icra etməməsi və bununla qanunvericiliyi pozduğu barədə yaydığı bəyanatlara cavab olaraq verib.
S.Babayevanın sözlərinə görə, RTDK tərəfindən qəbul olunmuş qərar «B&B TV»nin hüquq və qanuni mənafelərinə toxunduğunu nəzərə alaraq, «B&B TV» şirkəti bu ilin oktyabrın 25-də həmin qərardan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verib: «Həmin tarixdə şirkət, həmçinin məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək şirkət ilə RTDK arasında müvafiq məhkəmə mübahisəsi həll edilənədək şirkətdən müvafiq radiotezliklərin alınmasının qadağan edilməsini xahiş edib. Məhkəmə şirkətin ərizəsini əsaslı hesab edərək onu təmin edib və bu barədə müvafiq qərardad çıxarıb. Müvafiq olaraq «B&B TV» şirkəti tərəfindən RTDK-nın qərarının hazırda icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərəflər arasında məhkəmə mübahisəsinin mövcudluğu ilə əlaqədardır».

«Göründüyü kimi, «Azercell» şirkətinin prezidenti Əli Ağanın «B&B TV»nin Azərbaycan qanunvericiliyinin pozduğu barədə verdiyi bəyanat yanlışdır və bununla «B&B TV» şirkətinin işgüzar nüfuzuna xələl gətirir. Bununla bağlı «B&B TV» şirkətinin rəhbərliyi Əli Ağana bu cür bəyanatlar verməzdən əvvəl Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaxından tanış olmağı və bundan sonra «B&B TV»yə münasibətdə bu kimi məsuliyyətsiz bəyanatları verməməyi tövsiyə edir», - deyə S.Babayeva bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən «Azercell Telekom» şirkətinə 3G xidmətlərinin göstərilməsinə dair lisenziya verilib. Şirkətin prezidenti Ə.Ağan 3G xidmətinin istifadəyə verilməsində ləngiməni «B&B TV»nin müvafiq tezlikləri azad etməməsi ilə əlaqələndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR