Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri arasında ən yaxşı internet resursu üzrə müsabiqə keçirilir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri arasında ən yaxşı internet resursu üzrə müsabiqə keçirilir
# 15 noyabr 2011 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri arasında ən yaxşı internet resursu nominasiyası üzrə müsabiqəyə start verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr olunmuş müsabiqədə 8 qurumun («Aztelekom», «Azərpoçt», Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, «Teleradio», Dövlət Radiotezliklər İdarəsi, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, Məlumat Hesablama Mərkəzi və «Azərmarka») internet-saytı iştirak edir.

Müsabiqənin qalibləri xüsusi hazırlanmış qaydalar əsasında Nazirlik, birlik və müəssisələrin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Qaydalara əsasən, qiymətləndirmə «İnformasiya əldə etmək haqqında» qanuna uyğunluq, kontentin aktuallığı və operativ yerləşdirilməsi, texniki parametrlər, rahat naviqasiya, elektron xidmətlərin göstərilməsi səviyyəsi və s. meyarlar üzrə aparılacaq və 10 ballıq sistem üzrə dəyərləndiriləcək.

«Ən yaxşı internet resursu» nominasiyası üzrə birinci, ikinci və üçüncü yerlər üzrə qaliblər dekabrın 6-da elan ediləcək və xüsusi diplomla təltif olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR