Gələn həftə İsrailin rabitə naziri Azərbaycana səfər edəcək

Gələn həftə İsrailin rabitə naziri Azərbaycana səfər edəcək
# 17 noyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Noyabrın 22-də İsrailin rabitə naziri Moşe Kahlon (Moshe Kachlon) Azərbaycana səfər edəcək.

APA-Economics”in məlumatına görə, Bakıda olacağı müddətdə İsrail hökumətinin üzvü Azərbaycanın hökumət dairələrində bir sıra danışıqlar aparacaq, “Bakutel” sərgisinə qatılacaq və yerli yəhudi icmasının fəalları ilə görüşəcək.

Təmaslar zamanı Azərbaycan və İsrail arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, elə bu ay İsrailin milli infrastruktur naziri Uzi Landau Azərbaycana səfər edərək Bakıda danışıqlar aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR