Azərbaycan-İordaniya İKT işçi qruplarının ilk iclasının 2012-ci ilin I rübündə keçirilməsi gözlənilir

Azərbaycan-İordaniya İKT işçi qruplarının ilk iclasının 2012-ci ilin I rübündə keçirilməsi gözlənilir
# 18 noyabr 2011 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Bassim Al Rossanla görüşüb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində əlaqələrin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb.

E.Araslı 2009-cu ildə imzalanmış «Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun icrasını təmin etmək məqsədilə Azərbaycan və İordaniyada yaradılmış işçi qruplarının ilk iclasının 2012-ci ilin I rübündə keçirilməsinin Azərbaycan tərəfindən təklif edildiyini bildirib.

Öz növbəsində B.Al Rossan iki ölkə arasında İKT sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edərək bu sahədə müzakirələrin aparılması niyyəti ilə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovu 2012-ci ilin I rübündə Əmmana dəvət etdiyini bildirib. O, azərbaycanlı həmkarının İordaniyaya səfəri çərçivəsində iki ölkənin İKT sahəsində işçi qruplarının iclasının da keçirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR