Azərbaycan və Avropa İttifaqı vahid aviasiya məkanının yaradılması ilə bağlı danışıqlara başlayır

Azərbaycan və Avropa İttifaqı vahid aviasiya məkanının yaradılması ilə bağlı danışıqlara başlayır
# 18 noyabr 2011 13:27 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.

Onun sözlərinə görə, ümumi aviasiya məkanının yaradılması aviasiya bazarları açmaq və onları inteqrasiya etmək, istehlakçılar və operatorların rəqabəti üçün bərabər imkanlar yaratmaq, ən başlıcası isə uçuşların və hava hərəkətinin idarəetməsinin təhlükəsizliyi baxımından yüksək standartlara çatmaq imkanı yaradacaq.

Qeyd edək ki, Avropa Komissiyasının nəqliyyat məsələləri üzrə vitse-prezidenti Siim Kallas noyabrın 19-22-də Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında vahid aviasiya məkanının yaradılması ilə bağlı danışıqlara start veriləcək. S.Kallas Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, nəqliyyat naziri Ziya Məmmədov, sənaye və energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR