Azərbaycan prezidenti “Bakcell”in 3G “Sür@” xidmətinin işə salınması mərasimində iştirak edib

Azərbaycan prezidenti “Bakcell”in 3G “Sür@” xidmətinin işə salınması mərasimində iştirak edib
# 23 noyabr 2011 08:58 (UTC +04:00)
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mərasimdə prezidentlə yanaşı, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da iştirak edib.

“Bakcell” baş icraçı direktoru Riçard Şirer bildirib ki, şirkətin 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsi Azərbaycanın telekommunikasiya tarixində ən vacib və unudulmaz hadisələrdən biridir: “Bizim arzumuz o idi ki, “Bakcell”in 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsi Azərbaycanın telekommunikasiya tarixində ən vacib hadisələrdən biri kimi yaddaşlarda qalsın. Bu gün möhtərəm prezidentimiz “Bakcell”in 3G xidmətlərini istismara verən “düymə”ni basıb. Bu an “Bakcell” şirkətinin və Azərbaycanın bütün mobil telekommunikasiya sektorunun inkişafının ən mühüm anlarından biridir. Biz böyük məmnuniyyətlə “Bakcell”in 3G xidmətlərinin istifadəyə verilməsini “BakuTel” sərgisinin açılışı və Azərbaycanın telekommunikasiya sektorunun 130 illik yubileyi ilə bir vaxtda qeyd edirik. Müştərilərin “Bakcell”lə mobil internetdən istifadəsini rahat və sürətli etmək üçün biz abunəçilər üçün bir neçə başlanğıc təklifi hazırlamışıq”.

Qeyd edək ki, 3G mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziyanın “Bakcell” şirkətinə verilməsi qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2 noyabr 2011-ci il tarixində keçirilmiş kollegiya iclasında qəbul edilib. Lisenziyanın verilməsindən və “B&BTV” şirkəti ilə radiotezliklərin test rejimində istifadəsinə dair protokolun imzalanmasından dərhal sonra, yəni noyabrın 3-də “Bakcell” şirkəti 3G xidmətlərinin ölkənin 62 şəhərində və “Bakcell”in 3G standartını dəstəkləyən rouminq tərəfdaşlarının şəbəkələrində tətbiq edilməsinin sınaq mərhələsinə start verib. “Bakcell” və “B&BTV” şirkətləri arasında Azərbaycanda 3G xidmətlərinin göstərilməsi üçün müvafiq radiotezliklərin “Bakcell” şirkətinə verilməsinə dair razılıq əldə edilib.

“Bakcell”in 3G xidmətlərinin keyfiyyətindən danışan şirkətin baş direktoru R.Şirer qeyd edib ki, mobil internet sürətlə yanaşı, faydalı və müasir müştəri təcrübəsi deməkdir: “Bakcell” şirkəti öz 3G sür@ xidməti vasitəsilə müştərilərinə ən keyfiyyətli əlaqə və görünməmiş təcrübəni təqdim etmək üçün böyük işlər görüb. Biz smartfon və 3G telefonların istifadəçilərinə xüsusi paketlər, həmçinin noutbuk və planşet üçün mobil modemlərin istifadəçiləri üçün limitsiz paketlər hazırlamışıq. Xidmətə qoşulmaq üçün SMS vasitəsilə “sur@” sözünü 3535 nömrəsinə göndərmək kifayətdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR