“Azerfon”un 3G şəbəkəsinin müasirləşdirilməsinə 80 mln. dollar investisiya qoyulacaq

“Azerfon”un 3G şəbəkəsinin müasirləşdirilməsinə 80 mln. dollar investisiya qoyulacaq
# 24 noyabr 2011 09:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Azerfon” və “Nokia Siemens Networks” şirkəti “Azerfon”un 3G şəbəkəsinin müasirləşdirilməsinə 80 mln. dollar sərmayə yatıracaq. “APA-Economics”in xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında “Azerfon”un baş icraçı direktoru Yurgen Pitz bildrib.

Onun sözlərinə görə, sözügedən layihənin icrasına iyul ayından başlanılıb və “Azerfon”un 3G şəbəkəsinin müasirləşdirilməsinə 8 ay ərzində sərmayə yatırılacaq: “3G şəbəkəsini yaxın zamanlarda daha işlək vəziyyətə gətirmək istəyirik ki, bütün ölkə ərazisini əhatə etsin”.

Y.Pitz qeyd edib ki, “Nokia Siemens Networks” şirkəti ilə imzalanmış saziş çərçivəsində Azərbaycanda ən geniş 3G şəbəkəsinin qurulması başa çatdırılacaq. Bundan başqa, yaxın vaxtlarda videozəng xidməti də istifadəyə veriləcək: “Abunəçilərimiz təkcə öz aralarında deyil, “Bakcell” abunəçiləri ilə də videozəng vasitəsilə danışa biləcəklər”.

“Nokia Siemens Networks” şirkəti Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindəki rəhbəri Ernst Nassi bildirib ki, Azərbaycan əhalisinə ən yüksək səviyyəli mobil rabitə xidmətləri göstərmək məqsədilə təmsil etdiyi şirkət hazırda “Azerfon”un baza stansiyalarının müasirləşdirilməsi ilə məşğuldur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR