Azərbaycanda maşın və avadanlıqların istehsalını 14% artırıb

Azərbaycanda maşın və avadanlıqların istehsalını 14% artırıb
# 30 noyabr 2011 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqlar, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 141,2 mln. manat və ya ötən ilin eyni dövrünə nisbətən 13,9% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə maşın və avadanlıqların istehsalı 18,2%, avtomobil istehsalı isə 12,3% artıb: «Yanvar-oktyabr ayları ərzində 632 ədəd yük avtomobili, 352 ədəd «Lifan» markalı minik avtomobili istehsal edilib ki, ötən ilin ilk 10 ayına nisbətən yük avtomobillərinin istehsalı 17,7% artıb, «Lifan» avtomobillərinin istehsalı isə 18% azalıb».

Noyabrın 1-nə bu sahənin müəssisələrinin anbarlarında 30,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 12,7%-i qədər hazır məhsul ehtiyatı olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28,2% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR