Novruz bayramı günlərində «Azərpoçt»un bütün mərkəzi poçt şöbələri vətəndaşlara xidmət göstərəcək

Novruz bayramı günlərində «Azərpoçt»un bütün mərkəzi poçt şöbələri vətəndaşlara xidmət göstərəcək
# 07 mart 2012 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Novruz bayramı günlərində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin bütün mərkəzi poçt şöbələri vətəndaşlara xidmət göstərəcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Novruz Bayramı günlərində vətəndaşların bölgələrə səfərlərini nəzərə almaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcək. Burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilər müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, poçt şöbələrinin iş rejimi adi iş günlərindən fərqli olaraq xüsusi rejimdə olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR