Azərbaycana «Renault» avtomobilinin iki yeni modeli gətiriləcək

Azərbaycana «Renault» avtomobilinin iki yeni modeli gətiriləcək
# 07 mart 2012 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın iki ayda Azərbaycana «Renault» avtomobilinin iki yeni modeli gətiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «Renault» şirkətinin Avrasiyada marketinq üzrə direktoru Yan Ptaşek (Jan Ptacek) bildirib.

Azərbaycan avtomobil bazarında «Renault»un layiqli rəqabət aparacağını bildirən Y.Ptaşek qeyd edib ki, 2011-ci ildə Azərbaycana «Renault Logan» və «Renault Sandero» modelləri gətirilib, cari ilin yanvar ayında isə «Renault»un daha iki modeli – «Fluence» və «Megane» - idxal olunub: «Cari ilin may ayına qədər Azərbaycana yeni «Renault Duster», mayda isə «Renault Koleos» modellərini gətirmək niyyətindəyik».

Hər iki yeni modelin SUV olduğunu bildirən Y.Ptaşek onu da qeyd edib ki, «Renault Dustler» modelinə nəinki Azərbaycan, həmçinin dünya avtomobil bazarında çox böyük ümidlər bağlanır.

Qeyd edək ki, «Renault»un Azərbaycanda rəsmi distribütoru «Nurgun Motors» şirkətidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR