Çin öz aviaşirkətlərinə “Airbus” təyyarələrini almağı qadağan edib

Çin öz aviaşirkətlərinə “Airbus” təyyarələrini almağı qadağan edib
# 09 mart 2012 09:34 (UTC +04:00)
Bakı - APA-Economics. Çin hökuməti yerli aviaşirkətlərə “Airbus” təyyarələrini almağı qadağan edib. “APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu barədə Avropa Aerokosmik Sənaye Konserninin (EADS) rəhbəri Lui Qalua açıqlama verib.

Onun sözlərinə görə, Pekinin bu qərarı 2012-2013-cü illərdə ən azı 20 uzaqmənzilli “Airbus A-330” təyyarələrinin satışını təhlükə altında qoya bilər.

Çin hökumətinin bu addımı bu il yanvarın 1-dən Avropa Birliyi ölkələrində atmosferə atılan istixana qazlarına görə aviaşirkətlərə əlavə vergi tətbiq olunmasına cavabdır. EADS rəhbəri Brüsseli bu qeyri-populyar vergidən imtina etməyə çağırıb.

Rəsmi Pekin hələlik qərarına şərh verməyib. Bununla belə, “Air China” aviaşirkəti “Airbus” təyyarələri üçün verdiyi sifarişlərdən imtina etməyəcəyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR