Şamaxıda sutəmizləyici qurğunun tikintisinə başlanacaq - FOTO

Şamaxıda sutəmizləyici qurğunun tikintisinə başlanacaq - <font color=red>FOTO</font>
# 13 mart 2012 15:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi üzrə işlərə yaxın vaxtlarda başlanacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, layihə üzrə keçirilmiş tenderin qalibi Almaniyanın “BİOWORKS” və yerli “TTŞ İnşaat” MMC şirkətlərindən ibarət konsorsium olub. Martın 13-də “Azərsu” ASC ilə Konsorsium arasında tikinti üzrə podrat müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, Şamaxı şəhərində çirkab sutəmizləyici qurğu tikiləcək. Şamaxı şəhərinin məişət-çirkab suları bioloji-davamlı aerasiyalı aktivləşdirilmiş lil sistemindən ibarət bu qurğuda təmizlənəcək. Çirkab sutəmizləyici qurğu ATV-131 standartları əsasında işləyəcək. Məhsuldarlığı sutkada 9,5 min kubmetr olan qurğu təqribən 50 min nəfər əhaliyə xidmət edəcəkdir. Çirkab sutəmizləyici qurğunun tikintisinin 18 aya başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin də yenidən qurulması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR