Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 19 mart 2012 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2012-ci ilin fevral ayı üzrə 113,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin yanvarında bu indikator 12,4%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, fevral ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 13,5% artıb. Bundan bir ay əvvəl isə bu göstəricinin 8,1 dəfəlik azalma baş verib ki, bu da dolayısı ilə fevral ayında indikatorun artmasına səbəb olub:




Eyni zamanda, dekabr ayında mənzil tikintisinə yönəldilən investisiyaların həcmində çox iri artım baş verib və nəticədə investisiyaların aylıq həcmi son illərdəki maksimuma çatıb. Yanvarda isə investisiyaların azalması baş verib və investisiyaların həcmi yenidən noyabr ayının səviyyəsinə düşüb. Fevralda isə müəyyən tarazlaşma baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR