Bakıda yeni CDMA baza stansiyası istifadəyə veriləcək

Bakıda yeni CDMA baza stansiyası istifadəyə veriləcək
# 29 may 2012 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın günlərdə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ölkə paytaxtında yeni CDMA baza stansiyasını istifadəyə verəcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yeni baza stansiyası Yasamal rayonunda ATS 538/539-un binasında yerləşdirilib ki, stansiya vasitəsilə CDMA tipli simsiz telefon xidmətindən istifadə edənlər daha keyfiyyətli rabitə xidmətlərindən yararlana biləcək.

Qeyd edək ki, analoji baza stansiyaları artıq Binəqədi və Xəzər rayonlarında quraşdırılıb. Stansiyalardakı avadanlıqlar Çinin “Huawei” şirkətindən alınıb. Hazırda CDMA stansiyasının montaj tutumu 20 min nömrəyə çatdırılıb. Ümumiyyətlə, hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin CDMA abunəçilərinin sayı 8 500-dən artıqdır. Birlik 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. Birliyin bazasında 13 min CDMA nömrəsi var və ehtiyac yarandıqda onların sayı artırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR