«28 May» metro stansiyasının girişi 3 aylıq bağlanır

«28 May» metro stansiyasının girişi 3 aylıq bağlanır
# 01 iyun 2012 07:25 (UTC +04:00)
Stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək. Bunu «APA-Economics»ə Metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.

Onun sözlərinə görə, təmir işləri iyunun 10-dan başlayacaq və sentyabra qədər, yeni tədris ilin başlanmasına davam edəcək. Bu işlər çərçivəsində stansiyanın girişi təmir ediləcək və buradakı eskalatorlar dəyişdiriləcək.

E.Muradov hazırkı eskalatorların istismar müddətinin başa çatdığını bildirib: «Onlar «İçərişəhər» stansiyasında olduğu kimi daha müasir, Almaniya istehsalı olan eskalatorlarla əvəz ediləcək».

Təmir işləri nəticəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Rəis müavininin sözlərinə görə, bu yenilik sərnişinlərin hərəkətini asanlaşdıracaq, stansiyanın sərnişin qəbul etmə və sərnişin buraxma qabiliyyətini yüksəldəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR