Azərbaycan parlamenti Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsinin II oxunuşda müzakirəsinə hazırlaşır

Azərbaycan parlamenti Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsinin II oxunuşda müzakirəsinə hazırlaşır
# 01 iyun 2012 09:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İqtisadi siyasət komitəsinin bu gün birgə iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi ikinci oxunuşa hazırlıq çərçivəsində müzakirə olunub.

İclsda Milli Məclisin aparatının sektor müdiri Səyyad Kərimov layihə barədə məlumat verərək bildirib ki, ilk oxunuşda müzakirəyə çıxarılan Məcəllənin layihəsinə bir sıra dəyişikliklər edilib. Məcəllənin maddələrinin sayı 99-dan 106-ya çatdırılıb.

Qeyd edək ki, Məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirir. Layihədə şəhərsalma və tikinti fəaliyyətinin hüququ əsasları, prinsipləri, dövlət orqanları, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri müəyyən edilib. Layihədə şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı, bu sahədə dövlətin, bələdiyyələrin səlahiyyətləri, hüquqi, normativ və texniki sənədlər, informasiya təminatı sistemləri və digər məsələlər əksini tapıb.

Müzakirələrdən sonra layihə ikinci oxunuş üçün Milli Məclisin plenar sessiyasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR