AZAL Bakı-Novosibirsk marşrutu ilə uçuşlara başlayıb

AZAL Bakı-Novosibirsk marşrutu ilə uçuşlara başlayıb
# 01 iyun 2012 09:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gündən etibarən «Azərbaycan Hava Yolları» aviaşirkəti (AZAL) Bakı-Novosibirsk-Bakı sərnişin aviareysi üzrə birbaşa uçuşlara başlayıb.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Bakıdan uçuşlar hər həftənin V günləri saat 12:00-da, Novosibirskdən əks istiqamətdə isə saat 19:10-da (yerli vaxtla) «Airbus A-320» təyyarəsi isə yerinə yetiriləcək: «Sözügedən aviareys üzrə uçuşlar cari ilin noyabrın 26-dək həyata keçiriləcək. Hazırda hər iki istiqamətdə bir biletin minimal qiyməti 421 manat təşkil edir».

Artıq bu gün 12:05-də bu marşrutla ilk təyyarə Bakıdan yola salınıb.

Qeyd edək ki, hazırda Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə birbaşa aviareysləri həmçinin Rusiyanın «S7 Airlines» («Sibir») aviaşirkəti də yerinə yetirir. Bu şirkət Bakıdan Novosibirskə uçuşları hər həftənin II və VII günləri saat 13:00-da təşkil edir. Hər iki istiqamətdə bir biletin orta qiyməti 545 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR