Azərbaycan gömrükçüləri və sərhədçiləri ABŞ-da səfərdə olublar

Azərbaycan gömrükçüləri və sərhədçiləri ABŞ-da səfərdə olublar
# 02 iyun 2012 09:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti ABŞ-da səfərdə olub. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

ABŞ-ın İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi (İNST) Proqramı çərçivəsində həyata keçirilən səfərdə məqsəd ABŞ-ın sərhəd-buraxılış məntəqələrinin quruluşunu, təchizatını, iş prinsipini, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə nəzarət, gömrük işi sahəsində kadr hazırlığı, beynəlxalq təchizat zəncirində təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq və gömrük işi sahəsində digər hüquqpozma hallarının aşkar olunması və bu sahələrdə görülməsi nəzərdə tutulan işlərlə tanışlıq olub.

Səfər çərçivəsində Dövlət Departamentində olan nümayəndə heyəti İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi (İNST) Proqramının nümayəndələri və Dövlət Departamentinin Azərbaycan-ABŞ məlumat mübadiləsinə cavabdeh əməkdaşı ilə görüş keçirib, ABŞ-ın müvafiq qurumlarında və sərhəd-keçid məntəqələrində olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR