Son bir ayda Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 2% artıb

Son bir ayda Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 2% artıb
# 04 iyun 2012 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son bir ay ərzində Azərbaycanda «Facebook» sosial şəbəkədən istifadə edənlərin sayı 2% və ya 14,2 min nəfər artaraq 780 340 nəfərə çatıb. «APA-Economics»in xəbərinə görə, bu barədə sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzinin məlumatında bildirilir.

«Socialbakers»ın apardığı hesablamalara görə, son 6 ay ərzində Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 254 160 nəfər artıb.

Ümumiyyətlə, hazırda Azərbaycan «Facebook» istifadəçilərinin sayına görə tərtib edilən reytinqdə 86-cı yerdədir. Halbuki, ötən ay Azərbaycan bu reytinqdə 87-ci, cari ilin yanvar ayında isə 91-ci yerdə olub. Bu göstəriciyə görə Azərbaycan reytinqdə Gürcüstan (87), Estoniya (102), Qazaxıstan (104), Belarus (108), Latviya (111), Ermənistan (115) və Moldova (117) kimi ölkələri qabaqlayır.

Qeyd edək ki, reytinqdə liderlərin ilk üçlüyünə ABŞ, Braziliya və Hindistan daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR