Cari ilin sonunadək Azərbaycanda 1000-ə yaxın milli standart qəbul ediləcək

Cari ilin sonunadək Azərbaycanda 1000-ə yaxın milli standart qəbul ediləcək
# 05 iyun 2012 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari ilin sonunadək Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən bütün sahələr üzrə 1000-ə (minə) yaxın milli standart qəbul ediləcək. “APA-Economics”in məlumatına görə, bunu SMPDK sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, yeni standartlar Avropa və keçmiş SSRİ-nin QOST standartları əsasında hazırlanıb qəbul ediləcək: “Komitə əsasən Avropa standartını əsas götürür.

R.Həsənov qeyd edib ki, artıq SMPDK tərəfindən keçmiş SSRİ standartlarının bəziləri ləğv edilib: “Bu sıraya özünü doğrultmayan standartlar aiddir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR