Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı Nazirlər Müşavirəsinin plenar iclası keçirilir

Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı Nazirlər Müşavirəsinin plenar iclası keçirilir
# 07 iyun 2012 07:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) Nazirlər Müşavirəsinin üzvlərinin iştirakı ilə iki günlük plenar iclas işə başlayıb.

APA-Economics”in məlumatına görə, iclas DYƏT Nazirlər Müşavirəsinin iyunun 5-8-də Bakıda keçiriləcək 40-cı sessiyası çərçivəsində baş tutub.

Tədbirdə DYƏT-in 2011-ci il üçün fəaliyyəti, təşkilatın inkişaf strategiyası, qarşıdakı illər üzrə fəaliyyət Proqramı və s. məsələlər müzakirə ediləcək.

İyunun 5-6-da DYƏT-ə üzv ölkələrin səlahiyyətli nümayəndələrinin iştirakı ilə sessiyanın materiallarına və layihələrə ilkin baxış keçirilib, bu gün və sabah isə DYƏT Nazirlər Müşavirəsi üzvlərinin iştirakı ilə plenar iclas keçiriləcək. Tədbirin sonunda müvafiq protokol imzalanacaq.

Qeyd edək ki, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiyada (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində yaradılıb. Hazırda 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir. «Azərbaycan Dəmir Yolları» 1993-cü ilin iyul ayında DYƏT-ə üzv olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR