Bakının mərkəzində avtomobil saxlayanlara qarşı yeni tədbirlər gözlənilir

Bakının mərkəzində avtomobil saxlayanlara qarşı yeni tədbirlər gözlənilir
# 07 iyun 2012 11:02 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, paytaxtın mərkəzində tıxac probleminin həlli üçün digər üsullardan istifadə olunacaq: «Müsabiqə dövründə həm nazirliyin vətəndaşlara müraciətləri, həm də dayanacaqlarla bağlı tədbirlərin sərtləşdirilməsi nəticəsində belə hallar azalmışdı və nəqliyyatın hərəkətində xeyli rahatlıq yaranmışdı».

Nazir müavini bildirib ki, hazırda bu sahədə işlər davam etdirilir və burada çıxış yollarından biri şəhərdə nəqliyyat vasitələrinin dayanması üçün yeraltı və yerüstü parkinqlərin yaradılmasıdır: «Eyni zamanda yollarda parkinq məsələsində də təkmilləşmə işlərinə ehtiyac var. Şəhərin mərkəzində ticarət obyektləri çoxdur, burda çalışanlar səhər saat 8-9-dan gəlib nəqliyyat vasitələrini saxlayır və axşam saat 9-dək belə maşınlar şəhərin demək olar ki, bütün mərkəzi küçələrini tutur. Belə avtomobillərin sahibləri isə heç bir inzibati və ya iqtisadi məsuliyyət daşımır, nəticədə şəhərin mərkəzinə iş ardınca gələn vətəndaşlar maşınlarını saxlamağa belə yer tapmırlar». M.Pənahov bildirib ki, bu problemlərin həlli üçün yeni normativ hüquqi sənədlər hazırlanacaq və bu sənədlərdə parkinq məsələlərinə tamamilə yenidən baxılması nəzərdə tutulur.

Bundan başqa, hazırda şəhərin müxtəlif ərazilərində - Azadlıq meydanı və Heydər Əliyev sarayının arxasında maşın dayanacaqları tikilir. «Belə dayanacaqların tikintisi bundan sonra da davam edəcək» - deyə nazir müavini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR