Azərbaycan Asiya Təmiz Enerji Forumunda iştirak edib

Azərbaycan Asiya Təmiz Enerji Forumunda iştirak edib
# 08 iyun 2012 09:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Manilada (Filippin) Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Asiya Təmiz Enerji Forumu keçirilib. «Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 5 gün davam edən tədbirdə beynəlxalq maliyyə institutları, bərpa olunan enerji üzrə aparıcı əməliyyat və məsləhətçi şirkətlər və digər təşkilatlar iştirak edib.

Tədbirə ümumilikdə 55 ölkədən 380-dən çox iştirakçı və 1 000-dən artıq dinləyici qatılıb.

Tədbirdə Azərbaycan tərəfindən İqtisadi İnkişaf Nazirliyinin adından «Təmiz Şəhər» ASC, Maliyyə Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti və «Azərenerji» ASC-nin nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində keçirilmiş görüşdə «Təmiz Şəhər» ASC-nin Layihələrin İdarəedilməsi və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təqdimatla çıxış edib və hazırda tikintisi başa çatmaqda olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, zavod 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231 mln. kVt/saat enerji istehsal edəcək ki, bu da 50 min ailənin enerjiyə olan ehtiyacını təmin edəcək.

O. Məmmədov çıxışında zavodda istifadə olunan innovativ və müasir texnologiyalar, ətraf mühitin mühafizəsi üçün istifadə olunan çox pilləli filtr sistemi barədə də məlumat verib. Təqdimatdan sonra bir sıra tədbir iştirakçıları zavodun fəaliyyəti ilə əyani şəkildə tanış olmaq istədiklərini və bu təcrübənin Asiya ölkələri tərəfindən öyrənilməli olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR