«Flydubai» Avropa ölkələrinə uçuş coğrafiyasını genişləndirir

«Flydubai» Avropa ölkələrinə uçuş coğrafiyasını genişləndirir
# 08 iyun 2012 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Avropa ölkələrinə uçuş coğrafiyasını genişləndirir.
Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin oktyabrın 1-dən etibarən «Flydubai» Dubay-Buxarest (Rumıniya), oktyabrın 18-dən etibarən isə Dubay-Skopye (Makedoniya) birbaşa sərnişin aviareysləri üzrə uçuşlara başlayacaq. Bununla da aviaşirkətin Avropa regionuna aviareysləri 10 ölkənin 15 şəhərinədək genişləndiriləcək.
Dubay-Buxarest aviareysi həftədə 3 dəfə, Dubay-Skopye aviareysi isə həftədə 2 dəfə yerinə yetiriləcək. Dubay-Buxarest-Dubay aviareysinə bir biletin qiyməti 583 dolları, Dubay-Skopye-Dubay aviareysinə biletin qiyməti isə 648 dollar təşkil edir.

Xatırladaq ki, ilkin kapitalı 68 mln. dollar olan «Flydubai» aviaşirkəti 2008-ci il mart ayında fəaliyyətə başlayıb, 2009-cu il noyabr ayının sonundan etibarən isə Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa sərnişin aviareysini istifadəyə verib. Hazırda şirkət 27 ölkənin 45-dən çox şəhərinə uçuşlar yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR