«Nar Mobile» abunəçiləri «EURO-2012» oyunlarının nəticələrini SMS-lə alacaqlar

«Nar Mobile» abunəçiləri «EURO-2012» oyunlarının nəticələrini SMS-lə alacaqlar
# 08 iyun 2012 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti futbol üzrə Avropa çempionatı («EURO-2012») oyunlarının nəticələri haqda abunəçilərini SMS-lə xəbərdar edəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, abunəçilər bütün oyunların nəticələri haqda məlumatları oyunlar bitdikdən dərhal sonra alacaq. Belə ki, futbolsevərlər adı çəkilən xidməti aktivləşdirdikdən sonra oyunların nəticələri haqda hər oyun bitdikdən 3 dəqiqə sonra SMS vasitəsilə ilə xəbərdar olunacaq. Xidməti aktivləşdirmək üçün «ON EURO» yazıb 2012 nömrəsinə SMS göndərmək lazımdır.

Qeyd edək ki, «Euro Cup 2012» xidmətinin aktivləşdirmə haqqı 1 manat təşkil edir. Xidmət çərçivəsində daxil olan bütün mesajlar pulsuz olacaq.

Xatırladaq ki, «EURO-2012»yə bu gün Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Çempionat iyunun 1-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR