Zabrat yolunun təmiri iki ay çəkəcək

Zabrat yolunun təmiri iki ay çəkəcək
# 08 iyun 2012 16:50 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Zabrat dairəsindən Sabunçu qovşağına - əks istiqamətdə birtərəfli hərəkət var: “Sabunçu qovşağından Zabrat dairəsinə qədər yolu isə bağlamışıq və orda əsaslı təmir işləri görülür”.

P. Mürsəliyev bildirib ki, artıq yolun 1 km-lik hissəsi qaşınaraq çıxarılıb, 600 m-də ikiqat asfalt örtülük döşənib, qalan məsafədə də ikinci asfalt qatının vurulması gedir.

İşlərin intensiv şəkildə aparıldığını qeyd edən P. Mürsəliyev təmir gedən yolun uzunluğunun 6 km, eninin 22 m olduğunu bildirib: “Yolun bir tərəfi qurtarandan sonra o biri tərəfini bağlayıb, işlərə başlayacağıq. Təmir işləri iyun-iyul aylarını əhatə edir”.

O, sürücülərin təmir işlərinə mane olduqlarını da bildirib: “Avtomobillər bəzən əks istiqamətə çıxır, bununla da təmir işlərinə maneçilik törədirlər. Onlara müraciət edərək bildiririk ki, təyin olunmuş istiqamət üzrə hərəkət etsinlər, işlərin aparılmasına mane olmasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR