Bakıda yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi elektronlaşdırılıb

Bakıda yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi elektronlaşdırılıb
# 09 iyun 2012 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi elektron xidmətlərin tətbiqi genişləndirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, İstehsalat Birliyi yeni telefon çəkilişi, nömrənin addan-ada keçirilməsi, nömrələrin dəyişdirilməsi, sürətli internetə qoşulma, servis xidmətlərinə qoşulma və bu kimi elektron xidmətlər göstərmək (internet üzərindən) üçün qovşaqlarda cari inkişaf və texniki şöbələrin işlərini avtomatlaşdırıb.

Hazırda şəbəkə üzrə bütün telefon rabitəsi və internet xidmətlərinin ödənişlərinin internet üzərindən, bankomatlar vasitəsilə və «PayPoint» ödəniş sistemləri üzərindən aparılması təmin edilib.

Bundan başqa, yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi işləri də elektronlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR