“Təmiz Şəhər” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edib - FOTO

“Təmiz Şəhər” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edib - <font color=red>FOTO</font>
# 11 iyun 2012 09:18 (UTC +04:00)
Bakı - APA-Economics. “Təmiz Şəhər” ASC ətraf mühitin qorunmasında gənclərin məsuliyyətinin artırılması məqsədilə hər il 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi günündən sonrakı ilk şənbə - iyunun 9-da “Təmiz Şəhər” ASC və “Xəzər” İnkişaf Fondu birlikdə iməcilik aksiyası keçirərək Şüvəlan çimərliyi ərazisini tullantılardan təmizləyib.

Aksiyada “Təmiz Şəhər” ASC və “Xəzər” İnkişaf Fondunun əməkdaşları ilə yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Yaşıl Velosipedçilər” Klubu və “Green Baku” təşkilatının gənc üzvləri də iştirak ediblər. Ümumilikdə aksiyanın 100-dən çox iştirakçısı çimərliyi müxtəlif tullantılardan təmizləyərək, paytaxt sakinləri üçün daha gözəl istirahət şəraiti yaratmış və onlar üçün örnək olublar. İməcilik zamanı toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınıb.

Aksiyanın keçirilməsində məqsəd Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar gənclərin diqqətini ekoloji problemlərə yönəltmək, ətraf mühitin sağlam olmasında hər birimizin məsuliyyət daşıdığını bir daha vurğulamaq olub.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC belə tədbirləri yalnız xüsusi günlərdə deyil, mütəmadi olaraq həyata keçirir. Əhalinin ekoloji mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR