Azərbaycanda yeni İT standartlar təsdiqlənib

Azərbaycanda yeni İT standartlar təsdiqlənib
# 11 iyun 2012 11:04 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qurumun informasiya-kommunikasiya texnologiyaları texniki komitəsinin hazırladığı standartları təsdiq edib.

«APA-Economics»in məlumatına görə, bunlar «İnformasiya texnologiyası – Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük», «İnformasiya texnologiyası – Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi üzrə təlimat», «İnformasiya texnologiyası – Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi. Ölçmə», «İnformasiya texnologiyası – Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərinin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlar üçün tələblər» və «İnformasiya təhlükəsizliyi – Təhlükəsizlik metodları. İT şəbəkə təhlükəsizliyi. Hissə 1: İcmal və anlayışlar» dövlət standartlarıdır.

Yeni standartlar iyunun 20-dən tətbiq ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR