IATA Avropa aviaşirkətlərinin zərəri üzrə proqnozunu iki dəfədən çox artırıb

IATA Avropa aviaşirkətlərinin zərəri üzrə proqnozunu iki dəfədən çox artırıb
# 11 iyun 2012 13:09 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il Avropa aviaşirkətlərinin zərəri regionda davam edən borc böhranı üzündən 1,1 mlrd. dollar təşkil edəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Aviaşirkətlər Assosiasiyası (IATA) açıqlama yayıb.

IATA-nın bundan əvvəlki proqnozu 600 mln. dollar olub. Bununla belə, assosiasiya dünyanın aparıcı aviaşirkətlərinin mənfəəti üzrə proqnozunu dəyişməyib. Martda bu proqnoz 3,5 mlrd. dollardan 3 mlrd. dollara endirilib. İllik gəlir isə 631 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır.

Assosiasiyadan bildiriblər ki, dünya aviaşirətlərinin mənfəəti iki ildir azalmaqda davam edir. Belə ki, 2010-cu ildə 16 mlrd. dollardan çox olan bu göstərici 2011-ci ildə 7,9 mlrd. dollara enib. Cari ildə aviaşirkətlərin gəlirlərinə təkcə avrozonadakı borc böhranı deyil, həm də yanacağın qiymətinin qeyri-sabitliyi təsir edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR