Qəbələdə “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” mövzusunda beynəlxalq konfrans keçirilib

Qəbələdə “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” mövzusunda beynəlxalq konfrans keçirilib
# 11 iyun 2012 15:46 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elmlər Bölməsi və Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli torpaqşünas alim Muxtar Abduyevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi Qərib Məmmədov, akademiklər Asəf Nadirov, Əhliman Əmiraslanov çıxış edərək tədbirin əhəmiyyətindən, görkəmli torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Abduyevin fəaliyyətindən danışıb. Natiqlər Muxtar Abduyevin Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə Avropa Torpaqşünaslar Cəmiyyətinin sədri Nikola Senesi çıxış edərək, bu cür konfransların keçirilməsinin əhəmiyyətindən danışıb.

Konfransda Türkiyə, Rusiya, Avstriya, İtaliya, İsrail, İspaniya, Polşa, Meksika, Çexiya, Rumıniya, Gürcüstan, Koreya və digər ölkələrdən iştirak edən alim və mütəxəssislərin torpaqların genezisi və coğrafiyası və diaqnostikası, torpaqların ekologiya, kadastrı və qiymətləndirilməsi, torpaqların fizikası, meliorasiyası və irriqasiyası, torpaqların münbitliyinin idarə edilməsi və ekoloji monitorinqin təşkili üzrə məruzələr dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR