Bakı-London aviareysi təxirə salınıb

Bakı-London aviareysi təxirə salınıb
# 12 iyun 2012 07:07 (UTC +04:00)
Aviaşirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, aviareysin təxirə salınmasının səbəbi təyyarənin cədvələ uyğun olaraq saat 07:40-da Bişkəkdən (Qırğızıstan) Bakıya gəlməməsi ilə bağlıdır. Bu isə öz növbəsində təyyarədə texniki problemlərin yaranması ilə əlaqədardır: «Hazırda bu təyyarənin Bakıya bu gecə saat 03:15-də gələcəyini gözləyirik. Lakin sabah Bakı-London marşrutu üzrə saat 08:30-da digər təyyarə ilə aviareys yerinə yetiriləcək və bugünkü aviareyslə gedə bilməyənlər həmin aviareyslə yola düşə biləcəklər».

Qeyd edək ki, BMI aviaşirkəti Lodon-Bakı-Bişkek-Bakı-London aviareysini «Airbus-321» təyyarəsi ilə yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR