Çin yaxın 3 il ərzində 70 aeroport inşa edəcək

Çin yaxın 3 il ərzində 70 aeroport inşa edəcək
# 12 iyun 2012 08:19 (UTC +04:00)
Bakı - APA-Economics. Çin hökuməti 2015-ci ilədək ölkədə 70 aeroport inşa etmək və 101 aeroportu təmir etmək niyyətindədir. “APA-Economics”in xəbərinə görə, bunu Çin Mülki Aviasiya Administrasiyasının (Civil Aviation Administration of China, CAAC) rəhbəri Li Tszyan bildirib.

Onun sözlərinə görə, hökumət eyni zamanda ildə 300-dən çox yeni təyyarə almağı planlaşdırır.

Qeyd edək ki, CAAC ötən ilin sonuna Çində 180 aeroport və 1764 təyyarə olduğunu hesablayıb. Son 7 il ərzində isə Çinin aviabazarı 17,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR