Son 5 ildə Azərbaycanda İKT-nin inkişaf indeksi artıb

Son 5 ildə Azərbaycanda İKT-nin inkişaf indeksi artıb
# 12 iyun 2012 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda İKT-nin inkişaf indeksi 2,21 faiz bəndi artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2007-ci ildə İKT-nin inkişaf indeksi 2,91% təşkil edirdisə, 2012-ci ilin əvvəlinə bu göstərici 5,12%-ə çatıb.
Eyni zamanda, 5 il ərzində ölkə əhalisinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 3,2 dəfə artaraq 11,7 ədədə, əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı isə 4,6 dəfə artaraq 51 nəfərə çatıb. Adambaşına beynəlxalq internet kanallarının sayı hesabat dövründə 8,8 dəfə artaraq 6,4 Kbit/saniyə təşkil edib.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda internetdən istifadə tarifinin adambaşına düşən orta aylıq ümumi milli gəlirə nisbəti 0,5% təşkil edib, halbuki 2007-ci ildə bu nisbət 1,7%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR