İran şirkətləri Bakıda keçirilən beynəlxalq nəqliyyat sərgisində iştirak etməyəcək

İran şirkətləri Bakıda keçirilən beynəlxalq nəqliyyat sərgisində iştirak etməyəcək
# 12 iyun 2012 09:50 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə sərginin təşkilatçısı olan Böyük Britaniyanın “ITE Group” şirkətinin regional direktoru Edvard Stroun bildirib.

O ümid etdiyini bildirib ki, İran şirkətlərinin sərgidə iştirak etməməsi siyasi məsələlərlə bağlı deyil: “Hər bir şirkət və ölkə sərgidə iştirak edib-etməyəcəyi barədə qərarı özü qəbul edir. Ola bilər ki, İran şirkətlərinin builki sərgidə iştirak etməməsinin səbəbi onların biznes imkanlarından asılıdır. Ümid edirəm ki, burada heç bir siyasi faktor rol oynamayıb”.

Qeyd edək ki, İranın nəqliyyat şirkətləri Bakıda keçirilən “Nəqliyyat, tranzit və logistika” beynəlxalq sərgisində mütəmadi olaraq iştirak edib. İran sərgidə adətən logistika və avtomobil şirkətləri ilə təmsil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR