Təbriz-Bakı aviareysinin sayı müvəqqəti olaraq azaldılıb

Təbriz-Bakı aviareysinin sayı müvəqqəti olaraq azaldılıb
# 12 iyun 2012 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı-Təbriz marşrutu üzrə aviareyslərin sayını müvəqqəti olaraq azaldıb.

Şirkətin Azərbaycandakı təmsilçisi «APA-Economics»ə bildirib ki, əgər bundan öncə Təbriz-Bakı-Təbriz aviareysi həftənin II və VI günləri yerinə yetirilirdisə, bundan sonra uçuşlar yalnız VI günlər həyata keçiriləcək: «Aviareyslərin II günlər yerinə yetirilməməsinin səbəbi aviaşirkətin təyyarənin sertifikasiya məqsədi ilə marşrutdan müvvəqqəti olaraq uzaqlaşdırılması ilə bağlıdır ki, bu da əvvəlcədən planlaşdırılmış bir tədbirdir. Sertifikasiya təxminən 1 ay davam edəcək və artıq iyun ayının sonundan etibarən sözügedən marşrut üzrə uçuşlar əvvəllər olduğu kimi II və VI günlər həyata keçiriləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR