Millət vəkili deputatlar üçün ev tikən şirkəti dələduzluqda ittiham edib

Millət vəkili deputatlar üçün ev tikən şirkəti dələduzluqda ittiham edib
# 12 iyun 2012 15:26 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, sənəd barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli birinci oxunuşdan sonra sənədlə bağlı təkliflərin qəbul edildiyini bildirib.

Müzakirələrdə çıxış edən millət vəkili Tahir Rzayev sənədlə bağlı bəzi texniki düzəlişlər və redaktə xarakterli dəyişikliklər, o cümlədən qazlaşdırılmamış binaların problemlərinin həll olunmasını təklif edib.

Millət vəkili, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “sifarişçi” və “podratçı” ifadələrinin, eləcə də kompensasiyalar məsələsinin dəqiqləşməsini vacib sayıb: “Əlbəttə, biz qanunda hansısa məbləğ göstərə bilmərik, amma bu məbləğin bazar qiyməti ilə nə qədər uyğun olması barədə, məncə, mütləq nəsə yazmalıyıq ki, gələcəkdə bununla bağlı problemlər əmələ gəlməsin”.

Millət vəkili Bəxtiyar Əliyev deyib ki, müvafiq təşkilatlar tikintiyə tam nəzarət etmədiyinə görə binaların tikintisinin vaxtında başa çatdırılmaması və bir mənzilin bir neçə şəxsə satılması kimi hallara rast gəlinir. B.Əliyev belə hallara misal olaraq deputatlar üçün tikilən binanı misal gətirib və tikinti şirkətini dələduzluqda ittiham edib. Onun sözlərinə görə, 2006-cı ildə deputatlar üçün binanın tikintisinə başlansa da, 7 ildir tikinti başa çatdırılmayıb: «Bu şirkət və onun rəhbəri 7 ildir ki, dövlətin pulunu israf etməklə məşğuldur və bu müddətdə istədiyi qanunsuzluqları edir. Bəs bunun məsuliyyətini kim və nə vaxt soruşacaq?» B.Əliyev belə halların qarşısının alınması üçün Məcəllədə müvafiq maddələrin yer almasını təklif edib: «Qanunda bu məsələlər tam ciddiyyəti ilə nəzər alınmalıdır ki, sabah vətəndaşlar dövlətdən narazı qalmasınlar, başlanılan hər bir iş başa çatdırılsın və belə dələduzlar sahibkarlıq fəaliyyətinə kölgə salmasınlar».

Deyilənlərə cavab olaraq spiker Oqtay Əsədov xatırladıb ki, sözügedən kooperativdə payı olan deputatların 80%-i onlara düşən kompensasiyanı götürüb, amma Milli Məclis rəhbərliyi kooperativin işini davam etdirməsini və tikintini başa çatdırmasını istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR