Nəsimi, Nərimanov və Binəqədi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Nəsimi, Nərimanov və Binəqədi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 13 iyun 2012 08:50 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri Nəsimi rayonu ərazisində - Azadlıq prospekti ilə T.Əliyev və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində 300 mm diametrli magistral xəttin 80 metrlik hissəsi yeni borularla əvəzlənir.

Bununla əlaqədar iyun ayının 13-də gün ərzində paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR