Bakı Metropolitenində yeni stansiyalar 7 vaqonlu olacaq

Bakı Metropolitenində yeni stansiyalar 7 vaqonlu olacaq
# 13 iyun 2012 11:32 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib.

Xatırladaq ki, indiki stansiyalar 5 vaqon üçün nəzərdə tutulub və burada perronun uzunluğu 100 metrdir.

Yeni, 7 vaqonluq stansiyalara inşa olunacaq «Avtovağzal» stansiyasından tutmuş «Bakıxanov» (eyni adlı qəsəbədə) stansiyasınadək bütün stansiyalar aiddir.

A.Rəsulov həmçinin bildirib ki, «28 May» stansiyasının əsas giriş-çıxışında başlanan təmir işləri sentyabr ayınadək davam edəcək. Onun sözlərinə görə, stansiyada 3 eskalator 4 yenisi ilə əvəz ediləcək, eləcə də digər təmir işləri aparılacaq. A.Rəsulov təmir işləri nəticəsində stansiyanın perronunun uzadılmayacağını bildirib – indiki 5 vaqonluq ölçülər daşıma üçün kifayət edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR