Tbilisidə keçirilən regional konfransda Azərbaycanın gömrük orqanları haqqında film nümayiş etdirilib - FOTOSESSİYA

Tbilisidə keçirilən regional konfransda Azərbaycanın gömrük orqanları haqqında film nümayiş etdirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 iyun 2012 12:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün ABŞ hökumətinin təşəbbüsü ilə Gürcüstanda keçirilən II Regional Konfransda Azərbaycan haqqında film nümayiş olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin ilk gününün sonunda BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) regional məsləhətçisi Mario Apostolovun xahişi ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev Azərbaycanda elektron gömrük sisteminin tətbiqinə dair 8 dəqiqəlik film nümayiş etdirib.
Sonra filmlə bağlı suallara cavab verən İqbal Babayev konfrans iştirakçılarına “bir pəncərə” sisteminin və elektron idarəetmə sisteminin Azərbaycanda artıq real tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində elektron xidmət həyata keçirildikdən sonra yükdaşımaların həcmi 3-4 dəfə artıb: “Elektron xidmətlə biz Azərbaycanın iqtisadi və dövlət təhlükəsizliyini qoruyuruq. Bu xidməti bütün aidiyyəti təşkilatlar və nazirliklər də izləyə bilir. Hələlik bəzi sənədləşmə proseduralarında elektron variantdan tam istifadə edə bilmirik. Lakin Azərbaycan 2013-cü ildə tamamilə elektron varianta keçəcək və kağızsız texnologiyanı tətbiq edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR