Bakıda metrodakı videokameraların köməyi ilə axtarışda olan cinayətkarlar tutulub

Bakıda metrodakı videokameraların köməyi ilə axtarışda olan cinayətkarlar tutulub
# 13 iyun 2012 12:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib: «Bu kameraların quraşdırılması nəticəsində Bakı Metropolitenində elə bir nöqtə yoxdur ki, ora nəzarət olunmasın».

Rəis müavini qeyd edib ki, hətta bu kameraların köməyi ilə axtarışda olan bir neçə cinayətkar aşkarlanıb: «Bir neçə dəfə olub, Daxili İşlər Nazirliyinə məlumat vermişik ki, axtarışda olan adam var».

A.Rəsulovun sözlərinə görə, axtarışda olan hər bir şəxs sistemin informasiya bazasına daxil edilir və bu şəxs metroya daxil olanda kameralar onu dərhal aşkar edir və onun adı monitorda görünür.

İdarə rəsmisi vurğulayıb ki, bununla yanaşı kameraların iqtisadi əhəmiyyəti də var. Rəis müavininin sözlərinə görə, kameraların quraşdırılması nəticəsində istənilən dövlət qurumu - Maliyyə Nazirliyi və ya Vergilər Nazirliyi metrodan nə qədər insanın istifadə etdiyini müəyyənləşdirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR