Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma 4%, sərnişindaşıma 9% artıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma 4%, sərnişindaşıma 9% artıb
# 13 iyun 2012 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 83,6 mln. ton yük və 623,2 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə yükdaşımaların həcmi 3,6%, sərnişindaşımaların həcmi isə 9,2% artıb.

«Yük daşınması avtomobil nəqliyyatı ilə 7,5%, hava nəqliyyatı ilə 17,1%, dəniz nəqliyyatı ilə 5,3%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 9,1%, metropolitenlə isə 10,4% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR