AZAL Bakı-Bodrum aviareysini bərpa edib

AZAL Bakı-Bodrum aviareysini bərpa edib
# 14 iyun 2012 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Bodrum-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini bərpa edib.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən Bakıdan Bodruma uçuşlara başlanılıb ki, sözügedən marşrut üzrə uçuş ilkin olaraq həftənin I və IV günləri, iyulun 1-dən etibarən isə hər gün saat 11:50-də yerinə yetiriləcək: «Mövsümi xarakter daşıyan bu aviareys üzrə uçuşlar cədvələ uyğun olaraq sentyabrın 6-dək davam edəcək. Lakin uçuşların sentyabrın sonunadək artırılacağı istisna deyil».

AZAL-dan həmçinin bildirilib ki, Bakı-Bodrum-Bakı üzrə bir aviabiletin minimal qiyməti 470 manat təşkil edir. Uçuşlar «Boeing-757» tipli avialaynerlə yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR