Azərbaycanda 13 şəhərin baş planı təsdiqlənib - FOTOSESSİYA

Azərbaycanda 13 şəhərin baş planı təsdiqlənib - <font color=red>FOTOSESSİYA</font>
# 14 iyun 2012 07:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə respublika tabeli və rayon mərkəzi olan bir sıra şəhərlərin baş planları hazırlanaraq təsdiq edilib. Bu, Yevlax, Şəki, Qax, Bərdə, Ağdaş, Ucar, Cəlilabad, Masallı, Qobustan, Şamaxı, Xızı, İsmayıllı və Samux şəhərləridir. Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu planlar gələcəkdə müvafiq yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində əsas istinad sənədi olacaq.

Planların həyata keçirilməsində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının əlaqələndirilməsinin vacibliyini nəzərə alaraq, bu sahədə aşkarlığın və şəffaflığın təmin edilməsi məqsədilə Komitə baş planları ictimaiyyətə açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR