Yasamal rayonunun su təminatında fasilələr olacaq

Yasamal rayonunun su təminatında fasilələr olacaq
# 14 iyun 2012 09:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti boyunca çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması işləri aparılır.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu işlərlə əlaqədar olaraq iyun ayının 14-15-də paytaxtın Yasamal və Səbail rayonlarının bəzi yerlərinə - Mətbuat və Parlament prospektlərinə, Zahid Xəlilov küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR