Azərbaycan İzmirdə keçirilən beynəlxalq seminarda iştirak edəcək

Azərbaycan İzmirdə keçirilən beynəlxalq seminarda iştirak edəcək
# 14 iyun 2012 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyunun 25-29-da İzmirdə (Türkiyə) «Poçt sektorunda rəqabət və tənzimləmə» mövzusunda beynəlxalq seminar keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı nazirliyin «Azərpoçt» MMC-nin nümayəndələri təmsil edəcək.

Azərbaycanın nümayəndə heyəti son illər ərzində ölkənin poçt sektorunda aparılan islahatlar, həyata keçirilən layihələr və tədbirlər barədə məruzə ilə çıxış edəcək, maliyyə xidmətlərinin inkişafı sahəsində əldə olunan nailiyyətlərə dair təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdıracaq.

Eyni zamanda seminarda Türkiyənin bu sahədə əldə etdiyi təcrübədən bəhrələnərək oxşar xüsusiyyətlərin Azərbaycan poçt sistemində tətbiqi də diqqət mərkəzində olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR