Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təklif olunan tarifə əsasən, abunəçilər ölkədaxili bütün istiqamətlərə heç bir abunə haqqı ödəmədən 4 qəpiyə zəng edə biləcək.
Bundan başqa, «Unikal» tarif planına görə, abunəçi SMS, MMS, videozəng, «Mobile TV» və digər xidmətlərdən istifadəyə görə 4 qəpik ödəyəcək. Tarifə qoşulmaq üçün «Unikal» yazaraq 777 nömrəsinə mesaj göndərmək və ya telefonun ekranında *777#232#YES şifrəsini yığmaq lazımdır.
Qeyd edək ki, unikal tarif qısa nömrəli zənglərə şamil olunmur.
«Unikal» tarif planı
Xidmət | Qiymət, AZN |
Şəbəkədaxili zəngin 1 dəqiqəsi | 0,04 |
Şəbəkəxarici zəngin 1 dəqiqəsi | 0,04 |
Video-zəngin 1 dəqiqəsi | 0,04 |
SMS | 0,04 |
MMS | 0,04 |
İnternet trafik (200 Kb) | 0,04 |
«Mobile TV» (400 Kb) | 0,04 |