Azərbaycan daşınmaz əmlakın idarə edilməsi ilə bağlı xarici təcrübəni öyrənir

Azərbaycan daşınmaz əmlakın idarə edilməsi ilə bağlı xarici təcrübəni öyrənir
# 14 iyun 2012 14:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 13-də Gəncə şəhərində «Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi» mövzusunda seminar keçirib. ƏMDK-dən «APA-Economics»ə verilən məlumata görə, tədbir komitənin Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Seminarda Komitənin mərkəzi aparatı və müvafiq regionda fəaliyyət göstərən ərazi qurumlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə GIZ-in layihə rəhbəri Vulf Şimider və almaniyalı ekspert Manfred Lange iştirak ediblər. Seminarda çıxış edən xarici ekspertlər Almaniya və digər Avropa ölkələrində daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri sahəsində beynəlxalq təcrübə barədə ətraflı məlumat veriblər. Eyni zamanda dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun dünya praktikasına əsasən həyata keçirilməsi məsələləri açıqlanıb. Tədbirdə dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr və onların tətbiqi qaydaları şərh edilib.

Seminarda daşınmaz əmlakının idarə edilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə qarşılıqlı diskussiyalar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR